BMT Baş katibi Ukraynada tam və dərhal atəşkəsə nail olunmasına çağırıb

BMT daxil olmaqla çoxtərəfli institutlarda islahat aparılmalı, inkişaf etməkdə olan ölkələrin siyasi təsiri genişləndirilməlidir.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibi Antoniu Quterreş “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

BMT Baş katibi Yaxın Şərqdəki münaqişələrin genişmiqyaslı nəticələr doğurduğunu, atəşkəs razılaşmalarının davamlı şəkildə pozulduğunu qeyd edib.

O, Qəzzada atəşkəs rejiminə riayət olunmasının, münaqişəyə son qoyulmasını nəzərdə tutan hərtərəfli planın tam həyata keçirilməsinin və humanitar yardıma maneələrin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıb.

“Beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail və Fələstin olmaqla, Qüdsün hər iki dövlətin paytaxtı kimi qəbul edildiyi iki müstəqil və suveren dövlət yaradılmadan sülh mümkün olmayacaq”, – Quterreş bildirib.

O, həmçinin Ukraynada tam və dərhal atəşkəsə nail olunmasına çağırıb. Quterreşin sözlərinə görə, bu, BMT Nizamnaməsi və müvafiq qətnamələr əsasında ədalətli, davamlı və hərtərəfli sülhün əldə edilməsi üçün danışıqlara yol açmalıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.