İran XİN: Koləng dağında nüvə fəaliyyəti yoxdur

6a96ba01325926a96ba013259317882629136a96ba01325906a96ba0132591

Koləng dağında nüvə fəaliyyəti yoxdur.

“Tasnim”in xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinqdə deyib.

O, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında danışıqlar aparılmadığını bildirib.

“Biz normal qaydada AEBA ilə təmasdayıq və bizim agentlikdəki nümayəndələrimiz zərurət yarandığı halda bu qurumun müvafiq tərəfləri ilə danışır. Amma desək ki, AEBA ilə aramızda danışıqlar var, xeyr, danışıqlar yoxdur”, – Bəqayi vurğulayıb.

İran XİN sözçüsü Koləng dağında heç bir nüvə fəaliyyətinin aparılmadığını bildirib.

Qeyd edək ki, İrana məxsus 400 kiloqramdan çox zənginləşdirilmiş uran maddəsinin Koləng dağında gizlədildiyinə dair ABŞ mediasında xəbərlər dərc olunub.

AzPost.az