ABŞ-dan Yaxın Şərqlə bağlı YENİ XƏBƏRDARLIQ –“Vəziyyət mürəkkəbdir”

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda regiondakı diplomatik nümayəndəlikləri üçün yeni təhlükəsizlik xəbərdarlıqları yayıb.

Xəbərdarlıqların, o cümlədən ABŞ-ın İsraildəki səfirliyinə göndərildiyi bildirilir. Dövlət Departamenti regionda davam edən gərginlik səbəbindən təhlükəsizlik vəziyyətinin “mürəkkəb” olaraq qaldığını və gözlənilməz eskalasiyaya səbəb ola biləcəyini qeyd edib.

ABŞ vətəndaşlarına Yaxın Şərqdə olarkən daha yüksək sayıqlıq nümayiş etdirmək tövsiyə olunub.

Dövlət Departamenti həmçinin mümkün aviareyslərin ləğvi, hava məkanlarının bağlanması və nəqliyyat əlaqələrində digər fasilələrə hazır olmağa çağırıb.

ABŞ Dövlət Departamentinin səyahət xəbərdarlıqları təhlükəsizlik şəraitində əhəmiyyətli dəyişikliklər baş verdikdə yenilənə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.