“İran xalqı nə vaxt ayağa qalxacaq və mübarizəyə başlayacaq?” –TRAMP

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara can atmadığını açıqlayıb.

Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. O, ABŞ-ın İranı danışıqlar masasına qaytarmağa çalışdığı barədə xəbərləri təkzib edib.

“Mən İranı danışıqlar masasına oturmağa məcbur etməyə çalışmıram. ABC-nin saxta xəbərlərində belə məlumat verilib. Onların özləri üçün faydasız olan bir razılaşma imzalayıb-imzalamamaları mənə tamamilə fərq etmir”, – Tramp bildirib.

ABŞ Prezidenti hazırkı vəziyyətin onun üçün daha əlverişli olduğunu vurğulayıb.

“Mən indiki vəziyyəti daha çox bəyənirəm. Hazırda Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, onların iqtisadiyyatı isə tamamilə dağılır”, – deyə Tramp yazıb.

Tramp İranın hazırkı vəziyyət qarşısında “qaçılmaz olanla barışdığını” bildirib.

“İran xalqı nə vaxt ayağa qalxacaq və mübarizəyə başlayacaq?” – ABŞ Prezidenti əlavə edib.

Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində diplomatik danışıqların perspektivi ilə bağlı yeni suallar yaradıb. Vaşinqton son həftələrdə İran üzərində iqtisadi təzyiqi artırıb, Hörmüz boğazı ətrafında isə gərginlik davam edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.