“Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqlara dəstək” layihəsi başa çatıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.
Üç ay davam edən layihə çərçivəsində sağlamlıq imkanlərı məhdud uşaqlara təlimlər təşkil edilib, hərəkət məhdudiyyətli uşaqlar ailələrində ziyarət ediliblər. Valideyinlər uşaqlarının vəziyyəti barədə məlumatlandırılıb, onlarla ünsiyyətə girmək, erkən yardım gösdərmək, sosial yardımlar barədə marifləndirmə işi aparılıb.
Layihə rəhbəri Qərənfil Niftəliyeva və uşaq mütəxəssisləri onların problemləri ilə maraqlanıb, gələcək layihələrdə bu problemlərin həllinin diqqətdə saxlanılması qeyd olunub.
Layihə müddətində uşaqlara “Sensor bacarıqların inkişafı; ünsiyyət bacarıqları; göz kontaktının qurulması; əl- barmaq hərəkətlərinin aktivləşdirilməsi; yazı və oxu texnikasına hazırlıq; nitq inkişafı; nəfəs məşqləri; fiziki inkişaf; sosial və özünəxidmət bacarıqları və s. mövzularda təlimlər təşkil olunub.


