Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Klubdan verilən məlumata görə, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi Ağdam klubunun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.