Binə–Hövsan yolunda güclü yanğın –-Böyük ərazi tüstüyə bürünüb /VİDEO / YENİLƏNİB

Binə–Hövsan yolunda böyük ərazini əhatə edən güclü yanğın baş verdiyi bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, ərazidə istixana komplekslərinin yerləşdiyi hissədə başlayan yanğından sonra ətraf əraziləri güclü tüstü bürüyüb.

Tüstünün Hövsan qəsəbəsindən Binə istiqamətinə qədər yayıldığı bildirilir.

Şahidlərin sözlərinə görə, yanğını izləmək üçün çox sayda insan əraziyə toplaşıb.

İlkin məlumatda yanğının istixana obyektlərindən birində baş verdiyi ehtimal edilib. Lakin hadisənin dəqiq hansı ərazidə və hansı obyektdə baş verdiyi, həmçinin yanğının səbəbi və nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.

Hadisə ilə bağlı əlavə məlumat əldə olunarsa, xəbər yenilənəcək.

**

Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən istixanada yanğın baş verib.

APA xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.