Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

“Bizim bu birliyimiz xalqın dəyərli sərvətidir” –

User 24 Sentyabr 2026 - 12:04 (Last updated: 24 Sentyabr 2026 - 12:04)
seyx tdt02

Müxtəlif konfessiyaların təmsilçisi olan Vətən şəhidlərimizin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhudi fərq qoymadan birlikdə iştirak etdik.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də Anım Gününün 6-cı ildönümünə həsr olunan tədbirdə deyib.

Şeyxülislam bildirib ki, Vətən müharibəsi günlərində və Zəfərdən sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə görüşərək Qarabağ savaşının müqəddəs amalları, haqq mücadiləsinin həqiqətləri barədə dünya ictimaiyyətinə məlumatların çatdırılması istiqamətində birgə fəaliyyət göstəriblər.

“Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər, yaydıqları dezinformasiyalar və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq. Azərbaycanda mülki əhaliyə qarşı cinayətləri bütün dünyada yaydıq, bütün konfessiyalar birlikdə dünya birliyinə, beynəlxalq təşkilatlara və dini mərkəzlərə müraciət etdik, birgə bəyanatlar yaydıq”, – QMİ sədri qeyd edib.

Allahşükür Paşazadə vurğulayıb ki, dini konfessiyalar dövlət və xalq qarşısında borclarını dini-mənəvi xidmətləri ilə yerinə yetirirlər.

“Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla birlikdə olduq, çiyin-çiyinə haqq mücadiləmizə birgə yardımçı olduq”, – o bildirib.

QMİ sədri qeyd edib ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin və dindarların töhfəsini xüsusi qeyd edib.

“Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edir, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz Azərbaycan xalqının dəyərli sərvətidir”, – deyə Şeyxülislam bildirib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz hissəsi olan multikultural ənənələr Azərbaycanın müxtəlif etnik və dini mənsubiyyət daşıyıcılarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamasını təmin edir.

“Din xadimlərinin azad olunmuş torpaqlarımıza hər bir səfərimiz zamanı Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid binası, tarixi məscidlərimizdən ucalan Azan səsləri, bərpa və yenidən qurulan məscid və ibadətgahları, xristian məbədlərini ziyarət etmək fəxarətverici məqamlardır. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə ənənəvi diqqət və qayğısı işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni irsin dirçəldilməsi, yeni həyat verilməsi yönündə misilsiz işlərlə davam etdirilir”, – şüyxülislam qeyd edib.

AzPost.az

Post navigation

Previous: Pezeşkianın çıxışı zaman Azərbaycan nümayəndə heyəti zalda olub –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.