Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər parkını ziyarət ediblər

User 27 Sentyabr 2026 - 11:18
seyx anim01

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda Zəfər parkını ziyarət ediblər.

Əvvəlcə dini konfessiya rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə bir araya gəliblər.

Çıxış edən şeyxülislam Allahşükür Paşazadə Anım Gününün Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu tarix xalqımızın milli dirçəlişinin, dövlətçilik qüdrətinin və Vətən sevgisinin rəmzinə çevrilib.

Şeyxülislam Vətən müharibəsi günlərində din xadimlərinin əsgərlərin, şəhid ailələrinin və qazilərin yanında olduğunu, müxtəlif dini konfessiyaların nümayəndələrinin şəhidlərin dəfn mərasimlərində birgə iştirak etdiyini vurğulayıb. O, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında həmrəyliyin ölkənin mühüm mənəvi sərvətlərindən biri olduğunu bildirib.

Çıxışda, həmçinin işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpası, məscid və ibadətgahların yenidən qurulması, eləcə də ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlərdən də bəhs olunub.

Sonra şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra dini konfessiyaların rəhbərləri Zəfər parkına gedərək Zəfər abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb.

AzPost.az

Post navigation

Previous: Anım Günü: Vətən müharibəsinin başlamasından 6 il ötür
Next: Sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu –

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Azərbaycanda aqrar sektorda vergi güzəştlərinin dəyişdirilməsi kiçik və ailə təsərrüfatlarının vəziyyətini çətinləşdirə bilər. Azpost.info-nun məlumatına görə, iqtisadçı-ekspert...
Read more about Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.