Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

CASCFEN “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsinin 2-ci televerilişi hazırlayıb

User 29 Sentyabr 2026 - 11:30 (Last updated: 29 Sentyabr 2026 - 11:57)
qht kasfen

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində ikinci internet televiziya verilişi hazırlanıb.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Şuşa Bəyannaməsindən Türk birliyinə: ortaq dəyərlər birliyimizi daha da möhkəmləndirir” mövzusuna həsr olunan verilişə layihə rəhbəri, CASCFEN sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nadir Azəri aparıcılıq edib.

Verilişin studiya qonağı Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı Laureatı, türk dünyası üzrə araşdırmaçı-yazar, layihə üzrə ekspert Əkbər Qoşalı, Ankaradan onlayn şəkildə qoşulan qonaq isə TRT Türkmən Masasının rəhbəri Murat Toylu olub.

Veriliş boyu qonaqlar Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, musiqisi və digər milli-mənəvi dəyərlərinin qorunması, bu dəyərlərin gələcək nəsillərə ötürülməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq kimliyin daha da möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən təşəbbüslər barədə sualları cavablandırıb, mövqelərini bildiriblər.

Müzakirələr zamanı Əkbər Qoşalı Azərbaycan timsalında, Murat Toylu isə Türkmənistan timsalında ortaq dəyərlərin qorunması və təbliği istiqamətində əldə olunan uğurlardan, atılan addımlardan və mövcud imkanlardan bəhs ediblər. Bununla yanaşı, qonaqlar bütövlükdə Türk dünyasında ortaq kimlik və milli-mənəvi dəyərlərin daha da gücləndirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi, elm, təhsil, mədəniyyət, ədəbiyyat və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi məsələlərinə toxunublar.

Söhbət zamanı Şuşa Bəyannaməsinin Türk dünyasının inteqrasiya prosesində yaratdığı yeni imkanlar və bu prosesin davamı olaraq Türk Dövlətləri Təşkilatının ortaq keçmişin öyrənilməsi, ortaq kimliyin möhkəmləndirilməsi və Türk dünyasının ümumi dəyərlərinin müxtəlif sahələrdə inkişaf etdirilməsi baxımından rolu da diqqət mərkəzində olub.

Verilişdə xüsusi olaraq gənc nəslin ortaq Türk kimliyinin və milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilməsi məsələsinə də toxunulub. Qonaqlar bu istiqamətdə mövcud müsbət meyillər, gənclərin Türk dünyasına marağının artırılması və ortaq dəyərlərin gələcək nəsillərə daha sistemli şəkildə çatdırılması üçün görülə biləcək işlər barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

AzPost.az

Post navigation

Previous: Ailə başçısını itirən 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
Next: Çimərliklərdə ən çox boğulma təhlükəsi olan ərazilər açıqlandı

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

yasil enerji esas
  • Sosial

Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL

User 13 Noyabr 2026 - 16:33
Bərpa olunan enerji mənbələrinin inkişafı və nəqliyyatın elektrikləşdirilməsi ölkələrə neft təchizatındakı fasilələrdən və ənənəvi yanacağın qiymətindəki kəskin...
Read more about Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL
“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25
Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH menzil
  • Sosial

Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH

User 13 Noyabr 2026 - 16:19
İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır? hormuz tanker
  • Dünya

İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?

User 13 Noyabr 2026 - 14:50
Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər Tibbi Yardım
  • Maraqlı

Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər

User 13 Noyabr 2026 - 14:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.