Dünyanın ən çox qazanan 10 futbolçusu – Forbes açıqladı

19.10.2026 · 13:29 · Katogriyasız

“Forbes” jurnalı dünyanın ən çox qazanan futbolçularının reytinqini açıqlayıb. Siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo başçılıq edir.

Ronaldonun cari mövsümdə ümumi gəlirinin 300 milyon dollar olacağı gözlənilir.

Dünyanın ən çox qazanan 10 futbolçusu:

  1. Kriştiano Ronaldo (“Əl-Nəsr”) — 300 milyon dollar (250 milyon dollar klubdan, 50 milyon dollar digər fəaliyyətlərdən).
  2. Lionel Messi (“İnter Mayami”) — 145 milyon dollar (70 milyon dollar klubdan, 75 milyon dollar digər fəaliyyətlərdən).
  3. Kilіan Mbappe (“Real Madrid”) — 100 milyon dollar (70 milyon dollar klubdan, 30 milyon dollar digər fəaliyyətlərdən).
  4. Erling Holand (“Mançester Siti”) — 85 milyon dollar (60 milyon dollar klubdan, 25 milyon dollar digər fəaliyyətlərdən).
  5. Vinisius Junior (“Real Madrid”) — 76 milyon dollar (48 milyon dollar klubdan, 28 milyon dollar digər fəaliyyətlərdən).
  6. Lamin Yamal (“Barselona”) — 55 milyon dollar (35 milyon dollar klubdan, 20 milyon dollar digər fəaliyyətlərdən).
  7. Sadio Mane (“Əl-Nəsr”) — 54 milyon dollar (50 milyon dollar klubdan, 4 milyon dollar digər fəaliyyətlərdən).
  8. Cud Bellinqem (“Real Madrid”) — 45 milyon dollar (29 milyon dollar klubdan, 16 milyon dollar digər fəaliyyətlərdən).
  9. Harri Keyn (“Bavariya”) — 42 milyon dollar (29 milyon dollar klubdan, 13 milyon dollar digər fəaliyyətlərdən).
  10. Məhəmməd Salah (“Trabzonspor”) — 40 milyon dollar (20 milyon dollar klubdan, 20 milyon dollar digər fəaliyyətlərdən).

AzPost.az