Bakı Ekspo Mərkəzində Musa Yaqubun “Gül bağçası” kitabının təqdimatı keçiriləcək

19.10.2026 · 13:46 · Katogriyasız

22 oktyabr 2026-cı il tarixində saat 13.00 – 13.45 dəqiqələri arasında Bakı Ekspo Mərkəzdə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinin “SOCAR təqdimat zonası”nda düzənlənəcək, Xalq Şairi Musa Yaqubun uşaq şeirlərindən ibarət, “İpəkyolu” nəşriyyatının uşaq ədəbiyyatı qolu olan “Nar uşaq nəşrləri” tərəfindən işıq üzü görmüş “Gül bağçası” kitabının təqdimat mərasimi olacaq.

Təqdimat mərasiminin təşkilatçıları bu münasibətlə Musa Yaqubun ölməz poeziyasının pərəstişkarlarına müraciət ediblər. Müraciətdə qeyd edilir ki, təqdimat mərasimində “Gül bağçası” kitabının təqdim edilməsi ilə bərabər böyük şairin poetik dünyası haqda çıxışlar ediləcək, xatirələrdən danışılacaq, şairin ədəbiyyat tariximizdə silinməz izlər qoymuş şeirlərindən nümunələr səsləndiriləcək.

Təşkilatçılar hamını bu poeziya bayramına dəvət ediblər.

Xatırladırıq ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi Bakı Ekspo Mərkəzdə 21 oktyabrdan 27 oktyabr 2026-cı il tarixinə qədər keçiriləcək.

Ünvan: Heydər Əliyev prospekti, 515. Bakı Ekspo Mərkəzi

 

AzPost.az