ABŞ məhkəməsi 95 yaşlı Raul Kastroya həbs orderi verdi – Onu nədə ittiham edirlər?

19.10.2026 · 20:52 · Katogriyasız

ABŞ-ın Florida ştatındakı məhkəmə 2021-ci ilədək Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, ölkənin keçmiş rəhbəri 95 yaşlı Raul Kastro barəsində həbs orderi çıxarıb.

Amerika məhkəməsinin qənaətinə görə, 1996-cı ildə Raul Kastronun birinci dərəcəli qətlin törədilməsi məqsədilə Kuba kəşfiyyatının əməkdaşları ilə cinayət sövdələşməsinə girdiyini düşünmək üçün kifayət qədər əsas var.

Həmin il Kuba qırıcıları Florida boğazı üzərində “Brothers to the Rescue” humanitar təşkilatına məxsus iki mülki “Cessna” təyyarəsini vurub. Təyyarələr dənizdə çətin vəziyyətə düşmüş kubalı qaçqınları axtarırdı.

Hadisə nəticəsində ABŞ-ın üç vətəndaşı və bir Kuba vətəndaşı həlak olub. Həmin vaxt Raul Kastro Kubanın müdafiə naziri vəzifəsini tuturdu.

Ona qarşı ittiham may ayında irəli sürülüb.

ABŞ Venesuelada hərbi əməliyyat keçirərək ölkənin rəhbəri Nikolas Maduronu ələ keçirdikdən qısa müddət sonra Donald Tramp Kubanı da hədələyib. O, Havanaya “gec olmadan razılaşma əldə etməyi” tövsiyə edib.

AzPost.az