Hindistan müxtəlif çoxtərəfli təşkilatların görüşlərində iştirak edir, elə bu yaxınlarda Bakıda AQEM-in sammitində də nümayəndə heyətimiz iştirak edib.
Bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirlər: “Bu uzunmüddətli sülhün əldə olunması üçün də şərait yaradacaq. Biz eyni zamanda qlobal münaqişələrin təsirlərindən də danışdıq”. / APA/
