Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar noyabrın 4-dən sonra baş tutacaq. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüşün keçirilməsi “döyüş meydanındakı vəziyyətdən və ümumilikdə yaranmış şəraitdən də asılı olacaq”.
Vladimir Putinin köməkçisi qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi daha sonra açıqlanacaq. O, təmasların Rusiya, Ukrayna və ABŞ nümayəndələri səviyyəsində, məhz nümayəndələrin iştirakı ilə planlaşdırıldığını vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 27-də “Telegram” kanalında noyabr ayında Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüşün hazırlanması barədə məlumat vermişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 23-də Rusiya, ABŞ və Ukrayna arasında danışıqların noyabrın birinci yarısında Əbu-Dabidə keçirilə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, müzakirələrdə müharibə başa çatdıqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyi məsələləri nəzərdən keçiriləcək.
Daha sonra Polşanın Baş naziri Donald Tusk üçtərəfli danışıqların keçirilməsi üçün ilkin tarix kimi noyabrın 4-nü göstərmişdi.
