Azərbaycanda 2026-cı il üzrə adi ipoteka kreditlərinin verilməsi üçün növbəti limitlər ayrılır. Vətəndaşlar ipoteka krediti almaq üçün noyabrın 13-dən müraciət edə biləcəklər.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Bildirilib ki, müraciətlərin qəbulu noyabrın 13-də saat 15:00-dan etibarən başlanacaq. Vətəndaşlara noyabrın 12-dək elektron kabinetlərini formalaşdırmaq tövsiyə olunur.
Müraciətlər MyGov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə qəbul ediləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər.
Fondun məlumatına görə, sonradan imtina edilən müraciətlər nəticəsində yaranan boş limitlər hesabına da yeni müraciətlər qəbul olunacaq. Bu müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək.
İpoteka müraciətinin hazırlanması qaydaları ilə Fondun rəsmi internet səhifəsində yerləşdirilən təlimatda, eləcə də MyGov portalının müvafiq bölməsində tanış olmaq mümkündür.
