“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, biz bunu yüksək qiymətləndirərik“.
Bunu Bolqarıstanın Baş naziri Rumen Radev Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Biz Azərbaycanla əməkdaşlığımızı dərinləşdiririk. Təkcə təbii qaz tədarükündə yox, həm də yaşıl enerji dəhlizi barəsində danışırıq. Bakıda keçirilən COP29 zamanı Bolqarıstan bu koridorun dərhal həyata keçirilməsi ilə bağlı çağırış etdi. Bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında quru xətləri, konnektivliyi təmin edir. Bu razılaşma bir neçə gün əvvəl COP31 çərçivəsində imzalandı. Biz irəliləyirik, Azərbaycanla dostluq və əməkdaşlıqdan zövq alırıq”, – Bolqarıstanın Baş naziri qeyd edib.
