Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz

User 13 Noyabr 2026 - 09:20 (Last updated: 13 Noyabr 2026 - 09:16)
Yuxusuzluq

Yuxusuzluq

Qeyri-müntəzəm yuxu rejimi depressiya, narahatlıq və tənhalıq hissinin daha qabarıq şəkildə özünü göstərməsi ilə əlaqəlidir. Bu qənaətə ABŞ-ın San-Fransisko Kaliforniya Universiteti və San-Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları gəliblər.

Araşdırmanın nəticələri “Scientific Reports” elmi jurnalında dərc olunub.

Alimlər təxminən 23 min nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar orta hesabla 154 gün ərzində yuxunu izləyən ağıllı üzüklərdən istifadə ediblər. Tədqiqatçılar onların nə qədər müntəzəm yatmağa getdiyini və oyandığını müəyyənləşdirib, bu göstəriciləri hər ay keçirilən psixoloji vəziyyət sorğuları ilə müqayisə ediblər.

Məlum olub ki, yuxu rejimi nə qədər qeyri-sabit olarsa, depressiya və narahatlıq əlamətləri də bir o qədər güclü olur. Depressiya əlamətləri olmayan iştirakçılarda yuxu müntəzəmliyi indeksi 100 mümkün baldan orta hesabla 84 olduğu halda, ağır depressiya əlamətləri olan şəxslərdə bu göstərici 75 bal təşkil edib.

Özünü daha çox tənha hiss edən iştirakçılarda da yuxu rejiminin qeyri-müntəzəm olduğu müşahidə edilib.

Tədqiqatçıların sözlərinə görə, hər gün eyni vaxtda yatmaq və oyanmaq orqanizmin daxili bioloji saatı hesab olunan sirkad ritmlərin qorunmasına kömək edir. Bu ritmlərin pozulması psixoloji sağlamlığa təsir etməklə yanaşı, qidalanma, fiziki aktivlik və gün işığında keçirilən vaxtın da adi rejimini dəyişə bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, bu əlaqə qarşılıqlı ola bilər. Yəni yuxu pozuntuları artıq mövcud olan psixoloji problemlərlə də müşayiət oluna bilər.

N. Talıblı

AzPost.az

Post navigation

Previous: Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO
Next: MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR

Oxşar xəbərlər

burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
person measures blood sugar with glucometer
  • Maraqlı

Gəzinti və üzgüçülük şəkər xəstələrinə necə kömək edir? – Alimlər səbəbini tapdı

User 12 Noyabr 2026 - 20:10
yer kuresi01
  • Maraqlı

Yerdə həyat yaranmasaydı, planetimiz necə olardı? – Alimlərdən təəccüblü nəticəyə

User 12 Noyabr 2026 - 11:10

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Noyabrın 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...
Read more about Bu günə olan valyuta məzənnələri
Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26
MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR menzil
  • Baş Yazı

MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR

User 13 Noyabr 2026 - 09:22
Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz Yuxusuzluq
  • Maraqlı

Yuxu rejiminiz pozulubsa, bu problemlərlə üzləşə bilərsiniz

User 13 Noyabr 2026 - 09:20
Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.