Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı

User 13 Noyabr 2026 - 17:10
ceyn fonda terner

Hollivudun əfsanəvi aktrisası Ceyn Fonda keçmiş həyat yoldaşı, media maqnatı və CNN telekanalının qurucusu Ted Törnerin milyardlarla dollarlıq mirasından pay almayıb.

Boşandıqdan sonra münasibətlərini isti saxlasalar da, aktrisa iş adamının həyatının son günlərinədək onu sevimli keçmiş həyat yoldaşı adlandırsa da, milyarderin son vəsiyyətnaməsində Fondanın adı yer almayıb.

Azpost.info -nun məlumatına görə, TMZ məhkəmə sənədlərinə istinadən xəbər verir ki, 87 yaşlı Törnerin yeganə varisləri onun beş övladıdır: Laura, Robert, Rett, Rid və Sara. Onlar eyni zamanda atalarının mirasının idarəçiləri təyin olunmaq üçün məhkəməyə müraciət ediblər.

Ted Törner 2026-cı il mayın 6-da vəfat edib. KİV-in qiymətləndirməsinə görə, onun sərvəti təxminən 2,5 milyard dollar olub. Beləliklə, açıqlanan sənədlərə əsasən, iş adamının bütün mirası övladlarına keçməlidir.

Vəsiyyətnamənin hazırlanma tarixçəsi də diqqət çəkib. Törner 2003-cü ildə, 64 yaşında olarkən sərvətinin etibarlı idarə olunması ilə bağlı ilk sənədləri rəsmiləşdirib. Sonrakı illərdə — 2005, 2006 və 2007-ci illərdə, daha sonra isə təxminən 20 il ərzində demək olar ki, hər il sənədlərə dəyişiklik edib. Vəsiyyətnamənin son variantı isə ölümündən cəmi bir il əvvəl, 2025-ci ildə hazırlanıb.

On il evlilik və boşandıqdan sonra davam edən sevgi

Ceyn Fonda Ted Törnerin üçüncü və sonuncu həyat yoldaşı olub. Onlar 1991-ci ildə ailə qurub, 2001-ci ildə isə on illik birgə həyatın ardından ayrılıblar. Boşanmalarına baxmayaraq, keçmiş ər-arvad yaxın münasibətlərini qoruyub saxlayıblar. Fonda iş adamını dəfələrlə “sevimli keçmiş həyat yoldaşım” adlandırıb.

Törnerin ölümündən sonra aktrisa onun həyatına necə böyük təsir göstərdiyini ifadə edən duyğusal paylaşım edib.

“O, həyatımda peyda oldu — möhtəşəm dərəcədə yaraşıqlı, inanılmaz romantik, qorxmaz bir pirat kimi. Həmin vaxtdan sonra mən artıq heç vaxt əvvəlki insan olmadım”, – deyə aktrisa yazıb.

Fonda etiraf edib ki, Törnerin yanında ilk dəfə kiməsə həqiqətən lazım olduğunu və qayğı gördüyünü hiss edib.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: “Əqidəmi dəyişə bilmərəm” – Şvartsenegger Respublikaçılar Partiyasından niyə imtina etmir?
Next: Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı

Oxşar xəbərlər

svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17
tacir
  • Şou Biznes

Tacir Şahmalıoğlu səhhətindən danışdı:

User 07 Oktyabr 2026 - 16:17

xƏBƏR

burcler
  • Maraqlı

İki bürc üçün zənginlik dövrü başlayır – Pul və uğur onları gözləyir

User 13 Noyabr 2026 - 17:26
İki bürc hazırda zənginlik və uğur mərhələsinə qədəm qoyur. Nəhayət, ulduzlar onların arzuladığı maddi rifahı əldə etməsi...
Read more about İki bürc üçün zənginlik dövrü başlayır – Pul və uğur onları gözləyir
Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı herbci ermeni esir
  • Sosial

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı

User 13 Noyabr 2026 - 17:20
Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı ceyn fonda terner
  • Şou Biznes

Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı

User 13 Noyabr 2026 - 17:10
“Əqidəmi dəyişə bilmərəm” – Şvartsenegger Respublikaçılar Partiyasından niyə imtina etmir? svartsnegger
  • Dünya

“Əqidəmi dəyişə bilmərəm” – Şvartsenegger Respublikaçılar Partiyasından niyə imtina etmir?

User 13 Noyabr 2026 - 17:03
Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL yasil enerji esas
  • Sosial

Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL

User 13 Noyabr 2026 - 16:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.