Ukrayna
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner cümə axşamı Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər.
Azpost.info bildirir ki, bu barədə Axios portalı mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Uitkoff və Kuşner “Ukraynanın təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı iqtisadi bərpa planı üzərində işləmək üçün bu həftə Ukrayna və Avropa rəsmiləri ilə görüşməyi planlaşdırırlar”.
Məlumata əsasən, görüş cümə axşamı Berlində keçiriləcək. Axios qeyd edir ki, görüş ABŞ, Rusiya və Çin liderlərinin Şençjendə keçirəcəyi üçtərəfli sammitlə eyni günə təsadüf edəcək. ABŞ rəsmisi Berlində xüsusi nümayəndələrin görüşünü və ABŞ prezidenti Donald Trampın Çinə səfərini “əlaqələndirilmiş diplomatik səylər” adlandırıb.
Mənbənin sözlərinə görə, Uitkoff və Kuşner Rusiya ilə də əlaqələr saxladıqları halda, Ukrayna və Avropa rəsmiləri ilə müntəzəm təmasdadırlar.
Nadir Talıblı
