Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Qızılbalığı boya ilə saxtalaşdırırlar – Alarkən bu əlamətlərə diqqət edin

User 19 Noyabr 2026 - 10:00 (Last updated: 18 Noyabr 2026 - 22:58)
baliq qizil

Vicdansız satıcılar və istehsalçılar daha ucuz balıq növlərini bahalı qızılbalıq fəsiləsindən olan balıq kimi təqdim etmək üçün qida boyalarından istifadə edirlər.

Azpost.info bildirir ki, bu barədə “Zvezda” telekanalının saytına Sahil Balıqçılığı İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Valentin Balaşov məlumat verib.

O bildirib ki, belə hallara bazarda rast gəlinir. Lakin bu cür saxtakarlıq daha çox kiçik ticarət obyektlərində və kortəbii təşkil olunan bazarlarda baş verir, iri ticarət şəbəkələrində isə daha az müşahidə olunur.

Ekspertin sözlərinə görə, saxta məhsullar qızılbalıq, keta, qorbuşa və sima balıqlarının xarici görünüşünü təqlid edə bilər. Bunun üçün vicdansız bazar iştirakçıları başqa növ balıqdan istifadə edir, onun ətini xüsusi boyalar vasitəsilə qızılbalıq fəsiləsindən olan balıqların ətinə bənzədirlər.

Balaşov qeyd edib ki, əsl qırmızı balığın əsas əlamətlərindən biri ətinin kifayət qədər qalın olmasıdır. Mütəxəssis alıcılara məhsulu aldıqları yerə diqqət yetirməyi və tanımadıqları satıcılardan balıq almaqla risk etməməyi tövsiyə edib.

Onun sözlərinə görə, tanış mağazalara və iri ticarət şəbəkələrinə üstünlük vermək daha yaxşıdır. Çünki saxta balıq məhsullarına belə satış məntəqələrində rast gəlinmir. Məhsulun mənşəyini əlavə olaraq müşayiətedici sənədlər vasitəsilə yoxlamaq mümkündür.

Ekspertin diqqət çəkdiyi digər şübhəli məqam isə balığın həddindən artıq ucuz olmasıdır. Əgər məhsul digər mağaza və bazarlardakı qiymətlərlə müqayisədə iki dəfə ucuzdursa, onu almaqdan imtina etmək məsləhətdir.

Balaşov həmçinin kortəbii bazarlardan və tanınmayan satıcıların açıq qablarda təqdim etdiyi balıq məhsullarından uzaq durmağı tövsiyə edib.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

pive
  • Maraqlı

Pivə içənlərə xəbərdarlıq – Ağrılı oynaq xəstəliyi riskini artırır

User 19 Noyabr 2026 - 10:10
ariqla yapon
  • Maraqlı

Yaponların arıqlamaq sirri – Ac qalmadan çəki atmaq

User 19 Noyabr 2026 - 09:50
badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47

xƏBƏR

pive
  • Maraqlı

Pivə içənlərə xəbərdarlıq – Ağrılı oynaq xəstəliyi riskini artırır

User 19 Noyabr 2026 - 10:10
Pivə podaqra xəstəliyinin yaranma riskini artırır. Bu az alkoqollu içkinin az bilinən təhlükəsi barədə revmatoloq Edvard Roddi...
Read more about Pivə içənlərə xəbərdarlıq – Ağrılı oynaq xəstəliyi riskini artırır
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 19 Noyabr 2026 - 10:05
Qızılbalığı boya ilə saxtalaşdırırlar – Alarkən bu əlamətlərə diqqət edin baliq qizil
  • Maraqlı

Qızılbalığı boya ilə saxtalaşdırırlar – Alarkən bu əlamətlərə diqqət edin

User 19 Noyabr 2026 - 10:00
Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb vekil orxa
  • Sosial

Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb

User 19 Noyabr 2026 - 09:54
Yaponların arıqlamaq sirri – Ac qalmadan çəki atmaq ariqla yapon
  • Maraqlı

Yaponların arıqlamaq sirri – Ac qalmadan çəki atmaq

User 19 Noyabr 2026 - 09:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.