Azərbaycanda baş redaktor və ailəsi koronavirusa yoluxub

1592827997629_fZJxkHBL

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi koronavirusa yoluxub. 

APA-nın məlumatına görə, bu barədə İlham Quliyev “Facebook” hesabında yazıb.

“Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompyuter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir.

Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.

Özünüzü qoruyun”, -deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir