I, V, IX sinif dərslikləri yenidən təkmilləşdirilərək hazırlanacaq

1593418657518_EtVwOJp3

2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək. Birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir