Onlayn mağazalar kiberhücumlarla üzləşə bilər

“Visa”, “Mastercard” və “Adobe” şirkətləri onlayn mağaza sahiblərini istifadə etdikləri “Magento” platformasını yeniləməyə çağırıb.

APA-Economics”in “ZDNet”ə istinadən verdiyi məlumata görə, “Magento 1.x” proqramın platformasının texniki dəstəyinin vaxtı iyunun 30-da başa çatacaq.

Məlumatda bildirilir ki, proqram təminatını ən son 2.x versiyasınadək yeniləməyən mağazalar kiberhücumlara qarşı həssas olacaq.

“Mastercard”ın araşdırmalarına görə, son dövrlərdə veb-skimminq hallarının sayında artım qeydə alınıb. Veb-skimminqə daha çox “Magento”nun köhnə versiyalarından istifadə edən saytlar məruz qalıb.

İyunun 22-də “Magento” platformasının sahibi “Adobe” şirkəti “Magento 1.x”in ən son təhlükəsizlik yeniləməsini təqdim edib. Hazırda 110 min onlayn mağaza hələ də “Magento 1.x”dən istifadə edir və yalnız 37,5 min mağaza yeni versiyaya keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda son sutkada COVID-19-dan 162 nəfər vəfat edib

Sonrakı məqalə

Moskvada COVID-19-a yoluxma ötən ayla müqayisədə üç dəfə azalıb