Gürcüstanda koronavirusa yoluxan şəxslərin 86%-i müalicə olunaraq sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, 119 aktiv COVID-19 xəstəsinin müalicəsi davam etdirilir.
A.Qamkrelidze deyib ki, Gürcüstanda koronavirusdan ölüm göstəricisi 1,6% təşkil edir.
Mərkəz rəhbəri ölkədəki epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb.