Avropa Şurasının sədri Şarl Mişel qurumun sammiti ərəfəsində Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqlar aparır.
Azpost.info bildirir ki, bu barədə KİV-ə qurumun yüksək vəzifəli nümayəndəsi deyib.
“Avropa Şurasının rəhbəri hazırda telefonla Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı danışıqlar aparır”.
O qeyd edib ki, Avropa dövlətlərinin liderləri böhranın qarşısını almaq üçün müzakirələr aparırlar.
Avropa Şurasının sammiti oktyabrın 1-2-də Brüsseldə keçiriləcək.
