Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Anadolu Xəbər Agentliyinin məlumatına görə, H. Akar Gəncədə mülki əhalinin yaşadığı yerləri hədəf alan Ermənistanı qınayıb: “Ermənistan müharibə cinayətlərini davam etdirir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr etməkdədir”. Akar Füzulinin işğaldan azad olunması, Ermənistanın iki “Su-25” hərbi təyyarələrinin vurulması ilə bağlı həmkarını təbrik edib. (APA)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir