Azərbaycan polisi və Daxili Qoşunlar Şuşada komendant rejimində fəaliyyətini davam etdirir

Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.

Xəbər verildiyi kimi Şuşa Rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Hazırda RPŞ-nin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir