Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin tərkibində dəyişiklik etməyi planlaşdırır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri iqtidardakı “Mənim addımım” fraksiyasının üzvləri ilə görüşü zamanı deyib.
“Bəli, əlbəttə ki, hökumətin tərkibində dəyişiklik olacaq. Bununla bağlı planlarımız var”, – deyə N. Paşinyan bildirib.