“Azərbaycana əsgər göndərilməsi barədə qərara tam dəstək verəcəyik” –MHP sədri Dövlət Bahçelidən bəyanat

“Sona qədər Azərbaycanın yanında olacağımızı bir daha açıq şəkildə söyləmək istəyirəm. Diləyimiz Qarabağın işğalçılardan tamamilə təmizlənməsi, təcavüzkar Ermənistanın Vətən torpağımızın hər qarışından çıxmasıdır”.

Bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli qurumun Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.

Noyabrın 10-da imzalanan atəşkəs bəyanatı, sonrakı proseslərlə bağlı fikir və mülahizələrini bölüşən MHP sədri Dövlət Bahçeli deyib: “Azərbaycan uğurlu əks-hücum əməliyyatları nəticəsində siyasi müstəvidə üstünlük uğur qazandı, qlobal və regional prosesləri müdrikcəsinə dəyərləndirdi, Ordusunun taktiki üstünlüyü sayəsində beynəlxalq aləmdə rəğbət qazandı. Bu mübarizədə əl-ələ verən Türkiyə və Azərbaycan iki dövlət, tək ürək olaraq zülmü devirdilər”.

Ötən 28 ildə Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmadığını xatırladan partiya sədri cəbhədə qazanılan Qələbəni zəfər hekayəsi kimi dəyərləndirib, partiyasının Türkiyə parlamentində Azərbaycana əsgər göndərilməsi barədə qərar layihəsinə tam dəstək verəcəklərini vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir