“Ümid edirik, Bakının status müzakirəsindən imtinası münaqişənin yeni dalğasına səbəb olmayacaq” –RUSİYA XİN

“Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq” deyən rusiyalı diplomatın Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir