Hulusi Akar Liviyaya səfər edib

hulusi akar

Türkiyənin Müdafiə naziri Hulusi Akar Liviyaya gedib.

Səfərdə Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi Yaşar Gülər, hava və dəniz qüvvələri komandirləri də iştirak edir.

Səfər çərçivəsində Hulusi Akarın Liviya Yüksək Dövlət Şurası rəhbəri Xalid Əl Məşri, Müdafiə naziri Səlahaddin Nemruş və Daxili İşlər naziri Fəthi Başağa ilə ayrı-ayrılıqda görüşü gözlənilir.

Bundan başqa H.Akar hərbi heyətlə birgə Liviya Vəzifə Qrup Komandirliyini ziyarət edəcək və hərbçilərlə görüşəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir