İsraildə gələn həkim Vətən Müharibəsində yaralanmış Qazimizin görmə qabiliyyətini bərpa edib
Azpost.info bildirir ki, bu barədə YAŞAT” Fondu məlumat yayıb.
Azpost.info bildirir ki, bu barədə YAŞAT” Fondu məlumat yayıb.
Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. İsrailli həkim tərəfindən onun üzərində üçqat prosedur əməliyyatı aparılıb. Qazinin gözünün içərisinə okulyar bir linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.
Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi.
Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.
Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaq.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.