Ermənistanın sabiq prezidenti Robert Koçaryan bəyan edib ki, ötən ilin oktyabrında onun Moskvaya nəzərdə tutulan səfərini və Putinlə görüşünə indiki hakimiyyət mane olub.
Azpost.info-nun məlumatına görə, Koçaryan bu barədə keçirdiyi mətbuat konfransında deyib.
O deyib ki, Rusiyaya səfəri zamanı hərbi əməliyata kömək məsələlərini təşkil etmək üçün müzakirə aparmalı idi. İstintaq oktyabrın sonunda onun pasportunu qaytarıb. Daha sonra koronavirus testi müsbət çıxdığı üçün səfər təxirə salınıb: “Bu çox qaranlıq məsələdir. İndiki hakimiyyət gedəndən sonra bu barədə ətraflı danışaram. Bu məsələnin detallarını danışan adamları pis vəziyyətdə qoymaq istəmirəm. Mən sonra yenidən test verdim və o mənfi çıxdı”.
Koçaryan deyib ki, onu əslində Rusiyaya getməyə imkan verilməyib.
Koçaryan deyib ki, müharibə zamanı prezident Putinlə birbaşa təmasları olmayıb. “Amma mənim situasiya ilə bağlı mövqeyimi Putinə çatdırmaq imkanım oldu”.