165 gündən sonra nəşi tapılan şəhid Ordubadda dəfn edilib

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

1988-ci il təvəllüdlü şəhid İntiqam Allahverdi oğlu Abdullayevin nəşi 165 gündən sonra Murovdağ istiqamətində tapılıb.

Leytenant Abdullayev İntiqam Ordubad rayonunun Düylün kəndindəndir. Bu gün səhər saatlarında onun cənazəsi Bakıdan Ordubada aparılıb və kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, İntiqam Abdullayev Vətən Müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşdə iştirak edib. 4 oktyabr 2020-ci ildən sonra ondan xəbər almaq mümkün olmayıb. Martın 16-da onun şəhid olması dəqiqləşib. (APA TV)

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nardaran hadisələrinə görə həbs edilən 29 nəfər əfv olundu –

Sonrakı məqalə

Təhsil naziri koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayını açıqladı