“Ermənistan mina xəritələrini dərhal Azərbaycana verməlidir” –Britaniya parlamentinin deputatı

“Mən Azərbaycan xalqına və həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Bu sözləri Böyük Britaniya parlamentində Azərbaycan üzrə Qrupun sədri, deputat Bob Bləkmən Azərtac-a verdiyi müsahibəsində deyib.

“İşğaldan azad olunmuş Kəlbəcər rayonunda ötən gün tank əleyhinə minanın partlaması nəticəsində ikisi jurnalist olmaqla, 3 nəfər mülki şəxsin həlak olması xəbəri məni dərindən kədərləndirib. Hərbi əməliyyatların sonlanmasına baxmayaraq hələ də insanların həyatını itirməsi üzücüdür. Gələcəkdə bu kimi insan itkisinin qarşısının alınması üçün Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini dərhal Azərbaycan tərəfinə təqdim etməlidir”, – deyə o əlavə edib.

Bob Bləkmən, həmçinin bu kimi halların bölgədə davamlı sülhün bərqərar olunmasına maneə törətdiyini qeyd edərək beynəlxalq ictimaiyyətin baş verənlərə lazımi reaksiya verəcəyinə ümid etdiyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir