“Ermənistanın sərhəddə hücumları bölgədə savaş çıxarmaq niyyətini göstərdi” –Böyük Millət Məclisinin sədri

“Ermənistanın Naxçıvana və Azərbaycanın digər sərhəd bölgələrinə hücumları bu ölkənin bölgə savaşı çıxarmaq potensialı olduğunu göstərdi”.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Türkiyə ilə bərabər 44 günlük savaşda Pakistan da Azərbaycana birmənalı dəstək verib: “Bu üç ölkədə tək dövlətlər arasında deyil, xalqlar arasında da yaxın münasibətlər var. Türkiyədə hara getsəniz, bu dəstəyi görə bilərsiniz. Pakistan barədə də eyni fikirlər söyləmək olar”.

Mustafa Şentop qeyd edib ki, parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsi çox mühüm əhəmiyyət kəsb edir: “Mən 44 günlük savaşın olduğu dönəmdə də Bakıya gəlmişdim, o zaman da Azərbaycana dəstəyimizi ifadə etdik. Ermənistanın mülki insanlara qarşı cinayətlərinə diqqət çəkmək üçün Gəncəyə getdik, yaralıları da ziyarət etdik. İndi də Bakıda olduğumdan məmnunam”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir