ABŞ 112 milyard dollarlıq Çin məhsuluna gömrük rüsumlarını ləğv edir- "Financial Times"

ABŞ rəsmiləri geyim, elektrik cihazları və düz ekranlı monitorlar da daxil olmaqla 112 milyard dollar dəyərində Çin məhsuluna gömrük rüsumlarının ləğv edilməsini müzakirə edir. Bu rüsumlar bu il sentyabrın 1-dən 15% olmaqla tətbiq edilib.

“Report” bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ bu addımı ilə gələcək həftələrdə imzalanması gözlənilən ticarət sazişindən öncə Çinin əsas tələblərindən birini yerinə yetirmiş olacaq.

ABŞ-ın isə Çindən əsas tələblərinə əqli mülkiyyət hüquqlarının qorunması, kənd təsərrüfatı məhsullarının alınması məsələsinə aydınlıq gətirilməsi və öz ərazisində sazişin imzalanması daxildir.

Xatırladaq ki, ABŞ oktyabr ayında Çin nümayəndə heyətinin səfərindən sonra, 15 oktyabrda qüvvəyə minməsi gözlənilən 250 milyard dollarlıq Çin məhsuluna gömrük rüsumlarının 25%-dən 30%-ə çatdırılması barədə qərarının icrasını dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanla Türkiyə arasında 2020-ci il üçün hərbi fəaliyyət planı imzalanacaq

Sonrakı məqalə

Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb