ABŞ 3,6 milyard oğurluq bitkoini müsadirə edib

ABŞ Ədliyyə Nazirliyi 3,6 milyard dollar dəyərində bitkoin müasadirə edib. “The Wall Street Journal” bunun qurumun tarixində ən böyük müsadirə olduğunu yazır.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, nazirlik bu bitkoinlərin 2016-cı ildə kriptovalyuta birjasının sındırılması zamanı oğurlandığını bildirib. Məhkəmə sənədlərinə görə, iki şübhəli şəxs haker hücumu ilə “Bitfinex” kriptovalyuta birjasından oğurlanmış 120 minə yaxın bitkoini “yumaq” üçün əlbir olub. Bitkoinlər şübhəlilərdən birinin idarə etdiyi
rəqəmsal pul kisəsinə köçürülüb. Bununla belə, onlara “Bitfinex”i sındırmaqla bağlı ittiham irəli sürülməyib.

Baş ofisi Honq-Konqda yerləşən “Bitfinex” kriptovalyuta birjası 2016-cı ildə sındırılmışdı. Nəticədə 120 minə yaxın bitkoin oğurlanmışdı ki, bu da o dövrdə 70 milyon dollar kimi dəyərləndirilirdi. Bu hadisədən dərhal sonra bitkoinin qiyməti təxminən 20 faiz ucuzlaşmışdı.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çexiya, Avstriya və Slovakiya Ukraynanı dəstəklədiklərini bəyan ediblər

Sonrakı məqalə

Əməkdar rəssam Fəxrəddin Əli vəfat edib