ABŞ Almaniyadakı qoşunların bir hissəsini gizli şəkildə ölkədən çıxarır

ABŞ Almaniyada yerləşən qoşunların bir hissəsini gizli şəkildə ölkədən çıxarmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Almaniya mətbuatı yazır.

Qeyd olunur ki, ABŞ bu barədə Almaniya tərəfinə hər hansı bir məlumat verməyib.

Ağ Ev və Pentaqon bu qərarla bağlı hər hansı bir şərh verməkdən imtina edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Almaniyadakı hərbi kontingentin azaldılması barədə tapşırıq vermişdi. Hazırda ölkədə ABŞ qoşunlarının sayı 34,5 min nəfərdir. Bu rəqəmin 25 minədək azaldılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Azərbaycanda karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib