ABŞ amerikan aviaşirkətlərinə İran və İraq üzərində uçuşları qadağan etdi

08 Yanvar 2020 - 11:14

Bu qadağa mülki təyyarələrə, habelə Fars və Oman körfəzləri suları üzərindəki uçuşlara aiddir.

Amerikan mülki təyyarələrinin İran, İraq əraziləri, o cümlədən Fars və Oman körfəzləri üzərindən uçması qadağan edilib. Bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyasının “Twitter” dəki açıqlamasında deyilir.

Tənzimləyici agentliyin Yaxın Şərqdəki vəziyyəti izlədiyini bildirib.