ABŞ Hərbi Dəniz Qüvvələri bu həftənin əvvəlində Venesuela sularını tərk edən bir neçə sanksiya tətbiq edilmiş neft tankerini Atlantik Okeanında təqib edir.
AzPost bildirir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Əksəriyyəti neftlə yüklənmiş gəmilər qurudan yüzlərlə kilometr məsafədədir və şərqə, Afrika və Avropaya doğru getdiyi güman edilir.
Nəşrin məlumatına görə, hazırda Atlantik Okeanında olan tankerlər qrupu ehtimal ki, Venesuela sularını kütləvi şəkildə tərk edərək ABŞ blokadasını aşmaq üçün cəhd göstərib.
15 tankerdən dördü şərqə, beşi isə şimal-şərqə doğru gedir. Bir tanker Kolumbiya sahillərində yenidən peyda olub. Qalan beş gəminin yeri məlum deyil. Bu gəmilərin son təyinat yerləri də məlum deyil, çünki bəziləri onların yerləri haqqında yalan məlumat ötürür.
Bu yaxınlarda saxlanılan Marinera (Bella-1) tankerindən əlavə, bu həftə Venesuela sularını tərk edən daha dörd tanker bayraqlarını Rusiya bayraqlarına dəyişdirib. Xüsusilə, “Veronica” tankeri ABŞ-ın gəmini saxlamaq cəhdlərindən yayınmağa çalışaraq adını “Galileo”, bayrağını isə “Rus” olaraq dəyişdirib.