ABŞ Azərbaycan və Ermənistan sərhədində gərginliyi azaltmağa çağırıb

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi “Twitter” hesabında bildirilib.

Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir və qoşunların geri çəkilməsi, sərhədlərin demarkasiyası və saxlanılanların qaytarılması da daxil olmaqla tərəfləri gərginliyi azaltmağa çağırırıq”, – deyə paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qlobal təhlükəsizliyi Rusiyasız qurmağa yol verməyəcəyik” –

Sonrakı məqalə

Qazaxıstan Avrasiyanın inteqrasiyası üçün hansı rolu oynayır? –