ABŞ Azərbaycana yardım göndərib –FOTO

İyunun 19-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıda yerləşən anbarına baş çəkərək orada USAID tərəfindən maliyyələşdirilən gigiyena əşyalarının paylanması üçün görülən hazırlıq işlərini nəzərdən keçirib.

 Bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq. Yardım ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olub.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliynin məlumatında deyilir.

“Pandemiyanın təsiri və xəstəliyin yayılmasının qarşısını almaq üçün görülən karantin tədbirləri Azərbaycanda, Birləşmiş Ştatlarda, habelə bütün dünyada bir çox ailələrin çətinliklərlə üzləşməsinə səbəb olub. Mən yerli Qızıl Aypara Cəmiyyətinin könüllülərinin Azərbaycanda insanların qida və gigiyena əşyalarının təchizatı, həmçinin sağlam qalmaq üçün zəruri məlumatların çatdırılmasında göstərdikləri xidmətlərini və əziyyətini yüksək giymətləndirirəm. Onların göstərdikləri səylər amerikalıların xidmət və xeyriyyəçilik dəyərlərini əks etditrir. Amerika COVID-19 xəstəliyinə qarşı mübarizədə Azərbaycan könüllüləri və xalqının yanında olmaqdan qürur duyur,” – səfir Litzenberger qeyd edib.

USAID təşkilatı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və UNICEF-də daxil olmaqla, müxtəlif təşkilatlarla tərəfdaşlıq edərək vacib gigiyena əşyalarının paylanmasını, habelə COVID-19 xəstəliyinə yoluxmamaq və xəstəliyin yayılmasının qarşısının alınması üçün məlumatların hazırlanmasını təmin edir. USAID həmçinin Türkiyədə çalışan 19 azərbaycanlı həkimin Azərbaycana gəlişini təmin edən REACT-C19 layihəsini maliyyələşdirənlərdən biridir. Sözügedən həkimlər yerli xəstəxanalarda fəaliyyət göstərərək pandemiya dövründə müalicə alan xəstələrin ehtiyaclarının daha yaxşı ödənilməsini təmin etməyə çalışacaqlar.

Bu vaxta kimi Amerika Birləşmiş Ştatları COVID-19-la qlobal mübarizəyə 11 milliard dollar ayırıb. USAID və Dövlət Departamenti COVID-19 sahəsində Azərbaycan da daxil olmaqla, 120 dövlətə yardım göstərib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahdan Moskvada kafe və restoranlar açılacaq

Sonrakı məqalə

Ştatda olmayan jurnalistlər barədə qərar verildi –