ABŞ Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışlayır

ermeni esir02

ABŞ 2021-ci il noyabrın 16-da saxlanılan erməni hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun “Twitter” hesabında paylaşım edilib.
“Biz 2021-ci il noyabrın 16-da saxlanılan beş erməni hərbçisinin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayırıq” deyə, paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamenti bütün saxlanılanların tam və tez zamanda azad edilməsi, meyitlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı tərəflərə çağırış edib.
“Biz beynəlxalq öhdəliklərə uyğun olaraq saxlanılanlara qarşı humanist rəftarın vacibliyini vurğulayırıq” deyə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir