“ABŞ bizim ərzaq və dərman idxalına zərbə vurmağa çalışır” –

İran XİN başçısı Zərif tvit yazdı
28 Oktyabr 2019 - 09:23

ABŞ-ın İranla yeni məhsul ödəmə mexanizmi Vaşinqtonun Tehrana qarşı iqtisadi terrorizmini gücləndirir.

Trend-in məlumatına görə, bu fikri bazar günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib. “Onların iddialarının əksinə olaraq, ABŞ-ın yeni qaydaları sadə iranlılara qarşı iqtisadi terrorizmi artıracaq” deyə o, öz Twitter səhifəsində yazıb. Nazirin sözlərinə görə, “ABŞ-ın maliyyə nazirliyi indi ərzaq ticarəti və dərman idxalına zərbə vurmağa çalışır.”.