Şimali Koreyanın yüksək vəzifəli rəsmisi şənbə günü deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın tələblərini qeydsiz-şərtsiz qəbul etmədiyi təqdirdə onlar nüvə danışıqlarını bərpa etməyəcək.
“Biz bir il yarımdan çox müddətdir ki, ABŞ-la vaxt itirmişik”, Şimali Koreyanın vitse xarici işlər naziri Kim Kye Qvan bildirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agetnliyi xəbər verib.
O deyib ki, Kim Conq Unun ABŞ prezidenti Donald Trampla münasibətləri müsbət olaraq qalır. O, Trampın bu yaxınlarda Kimi doğum günü münasibətilə təbrik etdiyini bildirib.
“Amma bu şəxsi məsələdir və bizim dövləti təmsil edən və dövlətin xeyrinə çalışan sədrimiz qərarları şəxsi münasibətlərə əsaslanaraq verməyəcək”, -o əlavə edib.
“Dialoqun baş tutması üçün ABŞ bizim tələblərimizi qeydsiz-şətsiz qəbul etməlidir. Lakin biz birilik ki, ABŞ buna hazır deyil və ya bunu edə bilməz”, o söyləyib.
Şimali koreyalı diplomat onların tələblərinin nə olduğunu deməyib. Şimali Koreya mütəmadi olaraq beynəlxalq və ABŞ sanksiyalarından, habelə ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərindən və silah satışından şikayətlənir.
ABŞ-la Şimali Koreya arasında danışıqlar fevral ayında Tramp və Kimin Hanoyda keçirdiyi sammit heç bir nəticə verməyədən bəri dayandırılıb. Həmin sammitdə liderlər Şimali Koreyanın nüvə proqramını ləğv etməsi müqabilində sanksiyaların aradan qaldırılması məsələsi üzərində fikir ayrılıqları yaşadı.
Kim Kye Qvan deyib ki, “Vyetnamdakı kimi danışıqlar olmayacaq. Orada biz BMT-nin bəzi sanksiyalarının aradan qaldırılması müqabilində ölkənin əsas nüvə təsisini təklif etmişdik”.
Tramp və Kim son iki il ərzində bir-birilərinə özəl məktublar göndərib. Tramp həmçinin ikilinin telefonda danışdığına da işarə edib. Tramp ötən həftə onların münasibətlərinin “çox yaxşı” olduğunu təkid edib, baxmayarq ki, ABŞ-la Şimali Koreya arasında danışıqlar dayandırılıb. (Amerikanın Səsi)