ABŞ Britaniya bazalarında bombardmançı təyyarələr yerləşdirəcək

ABŞ bu həftə İrana qarşı zərbələr endirmək məqsədilə Britaniya hava bazalarına “B-2A Spirit” strateji gizli bombardmançı təyyarələrini yerləşdirəcək.

Bu barədə “The Telegraph” məlumatlı mənbələrə istinadla bildirib.

Rəsmilərin sözlərinə görə, təyyarələr yaxın günlərdə Fairford bazasına və Hind okeanındakı Dieqo Qarsiya adası eniş edəcək.

Pentaqon bildirib ki, əməliyyat başlayandan bəri İranın möhkəmləndirilmiş ballistik raket mərkəzlərinə zərbələr endirmək üçün strateji bombardmançı təyyarələrdən dörd dəfə istifadə olunub. Təyyarələr kontinental ABŞ-dan İrana və geri 37 saat fasiləsiz uçuşlar həyata keçirib. Britaniya bazalarından istifadə onlara İrana daha yaxın məsafədən hərəkət etməkdə xeyli vaxt qazandıracaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.