ABŞ Çin aviaşirkətlərinin 44 uçuşunu ləğv edib

ABŞ hökuməti Çinin aviasiya şirkətlərinin Birləşmiş Ştatların müxtəlif şəhərlərindən Çin istiqamətinə nəzərdə tutulan 44 sərnişin təyyarəsi uçuşunun ləğv olunması barədə qərar qəbul edib.

Qərar yanvarın 30-dan martın sonunadək qüvvədə olacaq və “Air China”, “China Southern”, China Eastern” və “Xiamen Airlines” şirkətlərinin uçuşlarına tətbiq ediləcək. Vaşinqton bu qərarın Çinin ABŞ aviaşirkətlərinin uçuşlarına tətbiq etdiyi qadağaya cavab olduğunu bildirib.

Rəsmi Pekin isə Birləşmiş Ştatların bu qərarına etiraz edib və onu çox əsassız hesab etdiyini açıqlayıb. Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ı Çin aviaşirkətlərinin uçuşlarını pozmağı və məhdudlaşdırmağı dayandırmağa çağırıb.

Qeyd edək ki, Çində pandemiya ilə əlaqədar qüvvədə olan qaydalara əsasən, Çinə gələn təyyarələrdəki sərnişinlərdən COVID-19 infeksiyasına yoluxanların sayına uyğun olaraq, həmin aviaşirkətin uçuşlarına bir neçə həftəlik qadağa qoyulur. Bu qaydaya əsasən, Pekin ABŞ-ın “United Airlines”, “American Airlines” və “Delta Air Lines” şirkətlərinin, ümumilikdə 44 uçuşunu ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı dicey Bəxtiyar Əlicanov intihar edib

Sonrakı məqalə

Türkiyədə zəlzələ olub