Rəsmi Vaşinqton və Pekin tariflərlə bağlı rəsmi danışıqlar aparmır.
“Report”un məlumatına görə, bunu ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir deyib.
“Hələ yox”, – o deyib və Vaşinqtonun Çin ilə ədalətli ticarət mühitini təmin etmək istəyini qeyd edib.
“Mən (çinli – red) həmkarımla bir saatdan çox danışdım, bu, aprelin 2-dən əvvəl idi (aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən və ərazidən idxala rüsumların tətbiqini elan etdi – red). Bu, virtual görüş idi, o, mənə konstruktiv göründü”, – Qrir əlavə edib.
Onun sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi tariflər Pekinə zərər vurmaq deyil, Amerika iqtisadiyyatını bərpa etmək məqsədi daşıyır.